“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasının 1-ci turunun “Xetafe” ilə matçını (0:0) dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, rəqibin yaxşı müdafiə olunduğunu deyib:
“Hər iki kollektiv inamlı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. Fasilədən sonra Rafinyasız oynadıq. Bizim üçün çətin oldu. Rəqib yaxşı müdafiə olundu.
Bir-iki real qol epizodumuz oldu. Onlardan düzgün yararlana bilsəydik, qələbə qazana bilərdik, lakin alınmadı”.
“Barselona”nın futbolçusu Rafinya görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə alaraq oyundan uzaqlaşdırılıb.
Kataloniya təmsilçisinin baş məşqçisi Xavi də 70-ci dəqiqədə qırmızı vərəqə alıb və texniki zonadan kənarlaşdırılıb.
“Barsa” ölkə çempionatının 2-ci turunda “Kadis”lə, “Xetafe” isə “Jirona” ilə qarşılaşacaq.

