“Real”ın onu transfer etməsini istəmir - Ançelotti

13 Avqust 2023 20:40 İspaniya 987
“Real”ın onu transfer etməsini istəmir - Ançelotti

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xeanın “Real”a transferi mümkün olmaya bilər.

Sportinfo.az xəbər verir ki, ispaniyalı qapıçı “Real”ın baş məşqçisi Karlo Ançelottini qane etmir.

“Real” qapıçısı Tibo Kurtua zədələndikdən sonra onu əvəzləməyə yeni qolkiper axtarır.

De Xea 2011-ci ilin yayında “Atletiko”dan “Mançester Yunayted”ə transfer olunmuşdu. O, İngiltərə klubunda 545 oyuna çıxıb və 190 matçda qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti