“Atletiko”nun hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”la danışıqlar aparır.
Sportinfo.az xəbər verir ki, müzakirələr müsbət məcrada davam edir.
Hər iki klub müqavilə imzalamaqda maraqlıdır.
Futbolçu bu ilin iyulunda “Barselona”ya keçmək arzusunda olduğunu demişdi.
Feliks 2019-cu ildən “Atletiko”da çıxış edir. O, 2022/23 mövsümünün ikinci hissəsində “Çelsi”də icarə əsasında oynayıb.

