“Barselona”ya keçmək istəyir - “Mançester Siti”nin müdafiəçisi

4 Avqust 2023 12:20 İspaniya 622
“Barselona”ya keçmək istəyir - “Mançester Siti”nin müdafiəçisi

“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo “Barselona”ya keçmək istəyir.

Sportinfo.azn xəbər verir ki, futbolçu artıq “Barselona” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Kataloniya klubunun baş məşqçisi Xavi portuqaliyalı oyunçunu komandasında görmək istəyir. “Barselona” hazırda Kanselonun transferi ilə bağlı “şəhərlilər”lə danışıqlar aparır.

Kataloniya klubu Osman Dembelenin PSJ-yə satışından əldə olunan vəsaitin bir hissəsini Kanselonun transferində istifadə etməyi planlaşdırır.

29 yaşlı futbolçu ötən mövsümün ikinci hissəsini icarə əsasında “Bayern”də keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti