“Real Sosyedad” yarımmüdafiəçi Donni van de Beeki transfer etməklə bağlı “Mançester Yunayted”ə müraciət ünvanlayıb.
Sportinfo.az xəbər verir ki, tərəflər artıq rəsmi danışıqlara start veriblər.
Ötən həftə La Liqa klubunun nümayəndələri niderlandlı futbolçu ilə əlaqə saxlayaraq, müqavilənin şərtlərini müzakirə ediblər.
26 yaşlı futbolçu 2020-ci ildən “qırmızı şeytanlar”ın futbolçusudur. Donni van de Beekin MY ilə müqaviləsi 2025-ci ilə qədərdir.

