Serxio Ramos Afrika klubunda - 1 illik müqavilə imzalayacaq

31 İyul 2023 10:20 İspaniya 1 611
Serxio Ramos Afrika klubunda - 1 illik müqavilə imzalayacaq

PSJ-dən ayrılan ispaniyalı müdafiəçi Serxio Ramosun karyerasını harada davam etdirəcəyi məlum olub.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu Afrikada oynayacaq.

Ramos “Raca Kasablanka”ya keçəcək. O, Mərakeş klubu ilə 1 illik müqavilə imzalayacaq.

Serxio Ramos 2021-2023-cü illərdə PSJ-də çıxış edib. İspaniya millisinin sabiq üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 58 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar