"Real"ın heyətində ciddi itki baş verib.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin yeni transferi Arda Güler sıradan çıxıb.
18 yaşlı yarımmüdafiəçi dizindən zədə alıb.
Gənc oyunçu zədə səbəbindən komandanın təlim-məşq toplanışını tərk edərək müalicə üçün Madridə qayıdıb. Türkiyə millisinin üzvünün 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
"Real" Arda Güleri yay transfer pəncərəsi zamanı "Fənərbaxça"dan transfer edib.

