Radamel Falkao bu dəfə hansı komandaya keçir?

25 Yanvar 2023 10:20 İspaniya 835
Radamel Falkao bu dəfə hansı komandaya keçir?

Əsas heyətə düşməkdə çətinlik çəkən Radamel Falkao "Rayo Valyekano"dan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı forvard karyerasını Meksikada davam etdirə bilər.

Kolumbiyalı hücumçunun xidmətində "Kruz Azul" maraqlıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Radamel Falkao "Rayo Valyekano"ya 2021-ci ilin yayında "Qalatasaray"dan transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR