"Beşiktaş"ın keçmiş hücumçusu La Liqa klubunda

25 Yanvar 2023 10:00 İspaniya 433
"Beşiktaş"ın keçmiş hücumçusu La Liqa klubunda

"Valyadolid" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi "Brügge"dən Kayl Larini transfer edib.

Kanadalı forvard mövsümün sonuna kimi icarə əsasında "Valyadolid"də çıxış edəcək. Müqavilədə satınalma maddəsi var.

Kayl Larin "Brügge"yə mövsümün əvvəlində "Beşiktaş"dan transfer olunub. 27 yaşlı hücumçu Belçika klubunun heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!