“Qurbana məhəl qoymadım, bəlkə də mən kifayət qədər inandırıcı deyildim”

24 Yanvar 12:00 İspaniya 766
“Qurbana məhəl qoymadım, bəlkə də mən kifayət qədər inandırıcı deyildim”

“Barselona”nın baş məşqçisi Xavi “Xetafe” ilə oyundan (1:0) sonrakı mətbuat konfransında komandanın keçmiş müdafiəçisi Dani Alveşin durumu ilə bağlı dediyi sözlərə görə üzr istəyib.

Sportinfo.az xəbər verir ki, Xavi, cinsi təcavüzdə ittiham olunan braziliyalı futbolçunun hərəkətlərinin qınanmalı olduğunu bildirib:

“Alveş haqqında dediklərim səhv şərh edildi, bəlkə də, mən kifayət qədər inandırıcı deyildim. Qurbana məhəl qoymadım.

Bütün bu hərəkətləri qınamaq lazımdır, istər Dani Alveş olsun, istərsə də başqası. Təəssüf edirəm ki, dediklərim yaxşı deyildi.

Bu çox mürəkkəb mövzudur, amma qurbanı nəzərə almağı unutmuşam. Bütün bu cür hərəkətlər pislənməlidir”.

39 yaşlı Dani Alveş İspaniyada – Kataloniyada polis tərəfindən cinsi təcavüz ittihamı ilə saxlanılıb.

Şikayətçinin iddiasına görə, 2022-ci il dünya çempionatında iştirak etdikdən sonra Barselonada istirahətdə olan Alveş gecə klubunda gənc qadına yaxınlaşıb və onun razılığı olmadan əlini alt paltarının altına salıb.

Zərərçəkənin ifadəsinə görə, o, futbolçudan uzaqlaşmağa müvəffəq olanda, dostlarına və gecə klubunun mühafizəsinə məlumat verib və onlar Kataloniya polisinə müraciət ediblər.

Alveş özü gecə klubunda olduğunu təsdiqləsə də, bütün ittihamları rədd edib. “Barselona”nın keçmiş müdafiəçisi bunun ona və yaxınlarına zərər vermək cəhdi olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 02:30 Ruben Vardanyan qaçdı