"Barselona" 1 qol vurdu, liderliyini möhkəmləndirdi - VİDEO

23 Yanvar 2023 10:00 İspaniya 412
"Barselona" 1 qol vurdu, liderliyini möhkəmləndirdi - VİDEO

"Barselona" La Liqada 18-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya klubu "Xetafe"ni qəbul edib.

Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 35-ci dəqiqədə Pedri vurub.

Bu nəticədən sonra xalını 44-ə yüksəldən (17 oyun) Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

"Real" 38 xalla (16 oyun) 2-ci, "Real Sosyedad" 38 xalla (18 oyun) 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti