Sabiq “Barselona”lı həbs edildi - Oyun “alver”inin təşkilinə görə

21 Yanvar 2023 00:10 İspaniya 433
Sabiq “Barselona”lı həbs edildi - Oyun “alver”inin təşkilinə görə

“Barselona”nın keçmiş futbolçusu Xavi Torres həbs edilib.

Sportinfo.az xəbər verir ki, son olaraq İspaniyada “Luqo”nun formasını geyinən Torres danışılmış oyunların təşkilində iştirak etməkdə təqsirli bilinir.

Bu səbəbdən, o, 10 ay müddətinə həbsə və 22 aylıq diskvalifikasiyaya məruz qalıb.

2020-ci ildən məhkəməsi davam edən 36 yaşlı futbolçunun bu işdə “Osasuna” klubunun keçmiş rəhbərləri ilə əlbir olduğu müəyyənləşib.

Torres 2007-2009-cu illərdə “Barselona”da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti