“Barselona”nın hücumçusu rəsmən paytaxt klubunda - 2.5 illik müqavilə

20 Yanvar 2023 22:00 İspaniya 1 095
“Barselona”nın hücumçusu rəsmən paytaxt klubunda - 2.5 illik müqavilə

Madrid “Atletiko”su heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu “Barselona”nın hücumçusu Memfis Depayı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2.5 illik müqaviləyə imza atıblar.

“Atletiko” bu transferə görə “Barselona”ya 3 milyon+1 milyon avro bonus ödəyəcək.

2021-ci ildən “Barselona”da çıxış edən Depay, bu mövsüm meydana çıxdığı 4 oyunda cəmi 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR