Məşhur hücumçu 5-ci liqa klubu ilə 5 aylıq müqavilə imzaladı

20 Yanvar 2023 00:00 İspaniya 538
Məşhur hücumçu 5-ci liqa klubu ilə 5 aylıq müqavilə imzaladı

İspaniya millisinin sabiq forvardı Daniel Quizanın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı hücumçu İspaniyanın 5-ci liqa təmsilçisi “Rota”ya keçib.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Dani Quiza karyerası ərzində "Xeres", "Malyorka", "Ueska", "Mursiya", "Xetafe", "Fənərbağça", "Kadis" kimi klublarda çıxış edib.

O, İspaniya millisinin heyətində 21 oyun keçirib və 6 qol vurub. O, 2008-ci ildə yığmanın heyətində Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti