2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzaladı

19 Yanvar 2023 00:20 İspaniya 615
2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzaladı

“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi Braziliyanın “Atletiko” (Paranaense) klubunun sol cinah müdafiəçisi Abner Vinisiusu transfer edib.

"Betis" 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. İspanlar bu keçid üçün qarşı tərəfə 5 milyon avro təzminat ödəyib.

Abner Vinisius "Atletiko"ya 2019-cu ilin yayında "Ponte Preta"dan transfer olunmuşdu.

O, son mövsümdə komandanın heyətində meydana çıxdığı 54 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR