"Barselona"ya 3-4 milyon avro təzminat ödəyəcək - Depayın yeni klubu

19 Yanvar 2023 00:10 İspaniya 935
"Barselona"ya 3-4 milyon avro təzminat ödəyəcək - Depayın yeni klubu

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi "Barselona"nın hücumçusu Mamfis Depayı transfer edib.

Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

"Atletiko" niderlandlı forvardı tibbi müayinədən keçirdikdən sonra onunla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Madridlilər 28 yaşlı futbolçu üçün "Barselona"ya 3-4 milyon avro təzminat ödəyəcək.

Depay "Barselona"ya 2021-ci ilin yayında azad agent statusu ilə keçmişdi. Niderland millisinin üzvü Kataloniya klubunun heyətində meydana çıxdığı 42 rısmi matçıda 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR