Paytaxt təmsilçisi isveçli müdafiəçini istəyir

17 Yanvar 2023 01:30 İspaniya 781
Paytaxt təmsilçisi isveçli müdafiəçini istəyir

“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Madrid klubu mümkün transferlə bağlı “qırmızı şeytanlar”la danışıqlar aparmağa çalışsa da, Premyer Liqa təmsilçisi müdafiəçini heyətdə saxlamaq istədiyini bildirib.

28 yaşlı isveçlinin klubla cari müqaviləsi 2024-cü ilə qədərdir. O, bu mövsüm Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, 13 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR