“Barselona” “El-Klasiko”da ”Real”ı uddu, Superkuboku qazandı - VİDEO

16 Yanvar 2023 01:20 İspaniya 743
“Barselona” “El-Klasiko”da ”Real”ı uddu, Superkuboku qazandı - VİDEO

İspaniya Superkubokunun qalibi “Barselona” olub.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin Kral Fəhd adına beynəlxalq stadionunda baş tutan görüşdə kataloniyalılar “Real”la qarşılaşıblar.

“El-Klasiko”da hesabı “Barselona” açıb. 33-cü dəqiqədı Qavi fərqlənib.

45-ci dəqiqədə Levandovski fərqi iki topa çatdırıb. Pedrinin 69-cu dəqiqədə vurduğu qol isə “kataloniyalılar”ın qələbəsinə şübhə yeri qoymayıb – 3:0.

“Real”ın gücü təsəlli qoluna çatıb. 90+3-cü dəqiqədə Kərim Benzemə qol statistikasına birini də əlavə edib – 3:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR