“Barselona”nın prezidenti Xuan Laporta “Atletiko”nun Memfis Depay üçün göndərdiyi təklifi rədd edib.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu niderlandlı hücumçu üçün Tomas Lemarı təklif edib.
Memfis Depayın Kataloniya təmsilçisi ilə cari müqaviləsi 2023-cü ilin yayına kimi qüvvədədir.
O, bu mövsüm “Barselona”nın heyətində 8 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

