Almaniya klubunun hücumçusu “Barselona”nın TRANSFER SİYAHISINDA

14 Yanvar 2023 12:20 İspaniya 820
Almaniya klubunun hücumçusu “Barselona”nın TRANSFER SİYAHISINDA

“Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türam “Barselona”nın diqqət mərkəzindədir.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu ilə “Çelsi” də maraqlanır. Hər iki klub qış transfer pəncərəsində oyunçunun keçidini rəsmiləşdirmək üçün mübarizə aparacaq.

İtaliya təmsilçisi “İnter” də hücumçunun xidmətində maraqlı olan klublar arasındadır. Lakin Milan klubu oyunçunu yayda transfer etməyi düşünür.

Öncədən “böyük beşlik” təmsilçilərindən PSJ (Fransa), “Bayern” (Almaniya) və “Mançester Yunayted”in (İngiltərə) də futbolçunu transfer etmək uğrunda mübarizə apardığı bildirilirdi.

Hücumçunun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Markus Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR