İspaniya Superkubokunun finalında “El-Klasiko” izləyəcəyik - VİDEO

13 Yanvar 2023 10:00 İspaniya 1 059
İspaniya Superkubokunun finalında “El-Klasiko” izləyəcəyik - VİDEO

İspaniya Superkubokunda ikinci yarımfinal oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, ikinci matçda “Barselona” ilə “Betis” üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər və matçda qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

Bu zaman daha dəqiq oynayan “Barselona” penalti seriyasındakı qələbə ilə əzəli rəqibi “Real”a finalda rəqib olub.

Beləliklə azarkeşlər Superkubokun finalında “El-Klasiko”ya şahidlik edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti