Gənclər yığmasının müdafiəçisini icarəyə verdilər - Sonradan satılmaq şərti ilə

13 Yanvar 2023 01:40 İspaniya 499
Gənclər yığmasının müdafiəçisini icarəyə verdilər - Sonradan satılmaq şərti ilə

“Betis” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa klubu elitanın digər təmsilçisi “Sevilya”dan Xose Anxel Karmonanı icarəyə götürüb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Onun satınalma şərti ilə 2023-cü ilin 30 iyununa kimi icarəyə götürüldüyü diqqətə çatdırılıb.

20 yaşlı sağ cinah müdafiəçisi “Sevilya”nın öz yetirməsidir. O, bu klubun əsas komandasında 17 oyuna 2 qol vurub. Karmona həm də İspaniyanın U-21 yığmasına dəvət alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR