Premyer Liqa təmsilçisi yarımmüdafiəçi ilə anlaşdı - Argentinadan

12 Yanvar 2023 12:20 İspaniya 672
Premyer Liqa təmsilçisi yarımmüdafiəçi ilə anlaşdı - Argentinadan

“Sauthempton” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Argentinanın “Rasinq” klubundan Karlos Alkarası transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. İngiltərə klubu bu transferə görə 13.65 milyon avro ödəyib.

Alkaras “Rasinq”in yetirməsidir. O, bu klubun əsas komandasında 83 oyuna 12 qol vurub.

Premyer Liqa klubu öz hücumçusu Dan Nlundulunu isə “Bolton”a icarəyə göndərib. İngiltərədən olan futbolçu bu ilin 31 mayına kimi icarədə çıxış edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR