“Real” Superkubokda :finala penaltilərlə çıxdı - VİDEO

12 Yanvar 2023 10:20 İspaniya 667
“Real” Superkubokda :finala penaltilərlə çıxdı - VİDEO

İspaniya Superkubokunda yarımfinal oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk qarşılaşmada son ölkə çempionu və Superkubokun hazırki sahibi “Real” “Valensiya” ilə üz-üzə gəlib.

Kral Fəhd adına beynəlxalq stadionda baş tutan matç gərgin mübarizə şəraitində keçib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Əlavə vaxtda qapılara qol vurulmayınca matçın taleyini 11 metrlik cərimə zərbələri həll edib. “Futbol lotereyası”nda isə daha dəqiq olan Kral klubu finala vəsiqə qazanıb - 4:3.

Turnir Səudiyyə Ərəbistanında keçirilir. İspaniya Superkuboku çərçivəsində ikinci yarımfinal görüşü cümə axşamı oynanılacaq. Ötən mövsümü ikinci sırada bitirən “Barselona” “Real Betis”i sınağa çəkəcək.

Yarışın həlledici oyunu isə yanvarın 15-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR