"Atletiko"nun müdafiəçisi Stefan Saviç və "Barselona"nın hücumçusu Ferran Torres cəzalandırılıb.
Sportinfo.az xəbər verir ki, hər iki futbolçu “Atletiko” – “Barselona” görüşündəki mübahisədən sonra qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Onlar iki həftəlik diskvalifikasiya edilib.
Madriddə keçirilmiş matç "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

