Yeni ofsayd aşkarlamaq sistemi tətbiq ediləcək - İspaniya Superkubokunda

11 Yanvar 2023 15:40 İspaniya 542
Yeni ofsayd aşkarlamaq sistemi tətbiq ediləcək - İspaniya Superkubokunda

İspaniya Superkubokunun oyunlarında hakimlər yeni texnalogiyadan istifadə edəcəklər.

Sportinfo.az xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Luis Medina Kantalexo deyib.

O, bu gün keçirilən mətbuat konfrnasında bildirib ki, İspaniya Superkubokunun hər üç oyununda yarımavtomatik ofsayd aşkarlama texnologiyasından istifadə ediləcək.

Bu texnalogiyadan ilk dəfə DÇ-2022-də istifadə edilib. Hələlik ispanlar bundan yalnız federasiyanın bayrağı altında keçirilən turnirlərdə tətbiq etməyi planlaşdırırlar. La Liqanın oyunlarına gəlincə, qərarı federasiya yox, yarışın rəhbərliyi verməlidir.

Yarımavtomatik ofsayd aşkarlama texnologiyasında stadionun damının altında quraşdırılan 12 xüsusi kamera topun mövqeyini və hər bir oyunçunun bədənində ofsayda düşə biləcək bütün hissələri də daxil olmaqla 29 nöqtəni izləyir.

Topun içərisinə xüsusi sensor quraşdırılır. Yeni texnologiya sayəsində video köməkçi hakimlər futbolçuların komanda yoldaşının ötürməsi zamanı onun oyundankənar vəziyyətdə olması barədə avtomatik bildiriş alacaqlar.

Bundan sonra həmin an VAR vasitəsi ilə yoxlanacaq və durum barədə baş hakimə məlumat veriləcək. Qərar təsdiqləndikdən sonra stadionda və yayımda ofsayd anını əks etdirən 3D animasiya nümayiş etdiriləcək.

Səudiyyə Ərəbistanında təşkil ediləcək İspaniya Superkubokunun ilk yarımfinal matçı bu gün “Real”la “Valensiya” arasında olacaq. Digər oyunda isə sabah “Betis” “Barselona” ilə qarşılaşacaq. Final yanvarın 15-də olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR