"Müqaviləmi yenilədim, bu klubda oynamağa davam etmək istəyirəm"

7 Yanvar 2023 12:00 İspaniya 830
"Müqaviləmi yenilədim, bu klubda oynamağa davam etmək istəyirəm"

“Barselona”nın vingeri Osman Dembele PSJ-nin ona olan marağına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu “Barselona”da xoşbəxt olduğunu deyib:

“Bir neçə ay əvvəl “Barselona” ilə müqaviləmi yenilədim. Burada xoşbəxtəm və bu klubda oynamağa davam etmək istəyirəm.

PSJ? Xeyr, özümü “Barsa”da yaxşı hiss edirəm. Baş məşqçi Xavi və klub rəhbərliyi mənə inanır. Onların mənə olan inamını hiss edirəm”.

25 yaşlı futbolçu 2022-ci ilin yayında “Barselona” ilə müqaviləsini 2024-cü ilin yayına kimi uzadıb.

O, bu mövsüm 22 oyunda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR