“Yaxın bir ay ərzində hər şeyə aydınlıq gələcək" - Karyerasını “Real”da bitirəcəyini deyib

3 Yanvar 2023 21:40 İspaniya 598
“Yaxın bir ay ərzində hər şeyə aydınlıq gələcək" - Karyerasını “Real”da bitirəcəyini deyib

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Toni Kroos haqda danışıb.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, o, almaniyalı futbolçunun gələcəyi ilə bağlı fikirlərini bildirib:

“Yaxın bir ay ərzində hər şeyə aydınlıq gələcək. Onun karyerasını bitirmək niyyətində olduğunu düşünmək çətindir.

O, karyerasını “Real”da bitirəcəyini söyləyib. Düşünürəm ki, Kroos klubla müqaviləni uzadacaq”.

32 yaşlı yarımmüdafiəçinin “kral klubu” ilə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatır.

Kroos 2014-cü ildə “Bayern”dən “Real”a keçib. O, bu mövsüm La Liqada 12 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR