“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets klubla müqavilə müddətini uzatmaq təklifini rədd edib.
Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi futbolçu ilə müqavilə müddətini 2024-cü ilə qədər yeni uzatmaq istəyib.
Amma təcrübəli yarımmüdafiəçi mövsüm sonunda başqa kluba keçəcəyinə görə “Barsa”da qalmaq niyyətində deyil.
usketsin “Barselona” ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

