Bir dəfə milliyə dəvət aldı, qiyməti 10 dəfə artdı - SÖVDƏLƏŞDİLƏR!

7 May 14:00 İspaniya 1 463
Bir dəfə milliyə dəvət aldı, qiyməti 10 dəfə artdı - SÖVDƏLƏŞDİLƏR!

Yenicə milliyə cəlb olunmuş Əlirza Müştəbəzadənin gələn mövsümə harada başlayacağı müəyyənləşib.

Fernandu Santuşun Belarusla yoxlama görüşünə (0:2) çağırdığı qapıçı I Liqada çıxış edəcək.

O, II Liqadan bir üst yarışa vəsiqə qazanan «Şəfa» ilə anlaşıb.

Tərəflər arasında 3 illik müqaviləyə dair razılaşma əldə olunub. 24 yaşlı kiper bu müddətdə 250 min manat civarında pul qazanacaq.

Lənkəranlı gənc «Neftçi»nin yetirməsidir. Hələ 4 il öncə Premyer Liqada debüt edən Müştəbəzadə «Şamaxı» ilə matçda qapısının təhlkəsizliyini qoruyub.

Lorentsiu Regekampfın şans verdiyi «əlcək sahibi» ötən mövsümə «İrəvan»da başlayıb. burada Andrey Sinenkonun kölgəsində qalan Əlirza qış fastləsindən sonra «Difai»nin yolunu tutub.

Məhz «fədailər»in heyətində göstərdiyi əla performansla Şahin Diniyevin diqqətini qazanıb. Sözügelən baş məşqçi tərəfindən «Səbail»ə dəvət olunan qapıçı artıq cari mövsümün tapıntılarından sayılır.

Onun Bayıl klubunda aylıq maaşı 1500 manatdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti