Mbappenin transferi “Real”a 200 milyon avrodan çox başa gələcək

16 May 2022 15:40 İspaniya 698
Mbappenin transferi “Real”a 200 milyon avrodan çox başa gələcək

Madrid “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu 23 yaşlı fransalı forvard özü PSJ-dən ayrılacağı ilə bağlı açıqlama verənə qədər müqaviləni rəsmi açıqlamaq niyyətində deyil.

Mənbə Mbappenin transferinin “Real”a 200 milyon avrodan çox başa gələcəyini iddia edir.

“Kral klubu”nun hücumçuya 180 milyon avro imza bonusu ilə, vergilərsiz illik 40 milyon avro maaşla müqavilə təklif etdiyi bildirilir. Müqavilənin beş il müddətinə qüvvədə olacağı gözlənilir.

Mbappe bu mövsüm PSJ-nin heyətində 45 matçda 36 qol vurub və 26 məhsuldar ötürmə edib. Onun parislilərlə müqaviləsi bu ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu