“Barselona” La Liqada liderlik şansını əldən verdi - VİDEO

12 May 2021 15:49 İspaniya 876
“Barselona” La Liqada liderlik şansını əldən verdi - VİDEO

İspaniya Primerasının XXXVI turunun matçında “Levante” “Barselona”nı qəbul edib.

Sportinfo.az xəbər verir ki, matç Valensiyadakı “Syudad de Valensiya” stadionunda keçirilib və 3:3 hesablı heç-heçə ilə başa çatıb.

“Barselona”nın heyətində Lionel Messi (25), Pedri (34), Usman Dembele (64), “Levante"nin heyətində isə Qonsalo Melero (57), Joze Morales (59) və Serxio Leon (83) fərqləniblər.

“Barselona” 36 matçda 76 xal toplayaraq, İspaniya çempionatının 2020/2021 mövsümünün turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Levante” 40 xalla 13-cü yerdədir.

Çempionatın lideri “Atletiko Madrid”dir. Komandanın 77 xalı var. İlk üçlüyə həmçinin 75 xalı olan “Real Madrid” də daxildir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"