“Real”ın baş məşqçisi Karlo Ançelotti braziliyalı vinger Vinisius Juniora qarşı edilən irqçi davranışlardan söz açıb.
Sportinfo.az xəbər verir ki, o, problemi aradan qaldırmağın vacib amil olduğunu vurğulayıb:
“Bu problemlə yaşamaq mümkün deyil. Onu mütləq aradan qaldırmaq lazımdır.
Ümid edirəm ki, qarşıdakı illərdə irqçilik problemi aradan qalxar. Həmişə çətin anlarda Vinisiusa dəstək olmuşam”.
Vinisius 2022/23 mövsümündə bir neçə dəfə irqçi təzyiqlərlə üzləşib.
Ançelottinin çalışdırdığı “Real” İspaniya La Liqasının 2023/24 mövsümündə iki oyunda maksimum nəticə göstərib.
“Kral klubu” hazırda 6 xalla turnir cədvəlində birinci yerdədir.

