“Dinamo” Mahirə "Bavariya"dan yeni rəqib gətirdi

31 Avqust 2023 03:10 Hadisə 1 606
“Dinamo” Mahirə "Bavariya"dan yeni rəqib gətirdi

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisi "Bavariya"dan Qabriel Vidoviçi rənglərinə bağlayıb.

19 yaşlı sol vinger 2023/2024 mövsümünü icarə əsasında "Dinamo"nun heyətində keçirəcək. Zaqreb təmsilçisi gənc oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Qabriel Vidoviç "Bavariya"nın yetirməsidir. Xorvatiya U-21 millisinin üzvü son mövsümü icarə əsasında Niderlandın "Vitess" klubunda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı