Bellinqem dubl etdi, “Real" qələbə qazandı - VİDEO

20 Avqust 2023 01:30 İspaniya 1 001
Bellinqem dubl etdi, “Real" qələbə qazandı - VİDEO

“Real Madrid” İspaniya La Liqasının II turunu qələbə ilə başa vurub.

Sportinfo.az xəbər verir ki, “Kral klubu” “Almeriya” səfərində qalib gəlib - 3:1.

Hesabı üçüncü dəqiqədə meydan sahiblərinin heyətində Serxio Arribas açıb.

Lakin 19 və 60-cı dəqiqələrdə dubl edən Cud Bellinqem “Real Madrid”i hesabda önə keçirib. 73-cü dəqiqədə isə Vinisius Junior matçda son nöqtəni qoyub.

“Real Madrid” altı xalla turnir cədvəlində birincidir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 08:20 Liqada ilk təyinatlar