"Ailəmin duaları sayəsində buralara qədər gəlib çatmışam”

17 May 2017 16:48 İslam Oyunları 397
"Ailəmin duaları sayəsində buralara qədər gəlib çatmışam”

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarının son günüdü. Sportinfo.az xəbər verir ki, bu gün körpücük üzərinə çəkisi 90 kq-a qədər olan qadınlar çıxıblar. Yığmamızın üzvlərindən Fidan Əbdürrəhmanova medal mübarizəsinə qoşulub.

Atletimiz birdən qaldırma hərəkətində 60 kq, təkanla qaldırma hərəkətində isə 75 kq-ı ram edib.Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində 7-ci yeri tutub. Qadın idmançımız yarışdan sonra təəssüratlarını bölüşüb:

“Mən ilk öncə məşqçilərimə təşəkkür edirəm, çünki onlar biz idmançılarla çox əziyyət çəkdilər. Bu yarışda isə rəqiblərim çox güclü idi. Mən də yaxşı çıxış etdim və nəticəmdən razı qaldım. Öz ailəmə də təşəkkür edirəm, onların duaları sayəsində buralara qədər gəlib çatmışam”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"