"Biz ölkəmizə dəvət edilən idmançılara legioner kimi baxmırıq"

24 May 2017 12:00 İslam Oyunları 423
"Biz ölkəmizə dəvət edilən idmançılara legioner kimi baxmırıq"

"IV İslam Oyunları Bakıda bəlkə də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirilib" - Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilmiş İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, "Bakı 2017"nin təşkilatçılığından razılıq ifadə edib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən nazir bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb. A.Rəhimovun sözlərinə görə, açılış mərasimində tamaşaçıların stadiona çatdırıması zamanı nəqliyyatda problem olubsa, bağlanışda belə problem yaşanmayıb.

Nazir Azərbaycanın 2021-ci ildə İstanbulda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına ən güclü komanda göndərəcəyini vurğulayıb. O, komandanın heyətində çoxsaylı legionerin yer almasına isə belə münasibət bildirib: "Biz multikultural ölkəyik və ölkəmizə dəvət edilən idmançılara legioner kimi baxmırıq".

Digər Xəbərlər
Xəbər Lenti