Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak etdi

9 Aprel 2019 00:50 İslam Oyunları 208
Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak etdi

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda İHİF-in və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

Tədbir çərçivəsində İHİF-in prezidentliyinə namizədi şəhzadə Abdulaziz bin Turki al-Faysal Ç.Hüseynzadə ilə görüşüb və qurumun fəaliyyəti haqqında müzakirə aparılıb.

Həmçinin İHİF-in baş katibi Mohammed Saleh Al-Qarnas, prezident səlahiyyətlərini icra edən Hamad Kalkaba Malbum təşkilatın hesabatı ilə çıxış ediblər.

Digər Xəbərlər
Xəbər Lenti