İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti istefa verdi

6 Aprel 2019 09:36 İslam Oyunları 174
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti istefa verdi

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx postunu erkən tərk edib.

Sportinfo.az xəbər verir ki, bununla əlaqədar Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin və növbədənkənar Baş Assambleyanın iclası keçiriləcək.

Üç gün davam edəcək tədbirdə İHİF-in və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, MOK-un Marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak edəcək.

Aprelin 7-də İcraiyyə Komitəsinin iclası keçiriləcək. Ertəsi gün başlayacaq növbədənkənar Baş Assambleyanın iclasında İHİF-ə prezident seçkisi olacaq.

Ötən il Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti postundan uzaqlaşdırılan Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx 2017-ci ildə 4 il müddətinə İHİF prezidenti seçilib.

Bakı şəhəri iki il əvvəl IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”