“Şükürlər olsun ki, çempionatı qalib kimi başa vura bildim”

23 Fevral 04:40 İslam Oyunları 576
“Şükürlər olsun ki, çempionatı qalib kimi başa vura bildim”

Şahmat üzrə Azərbaycan çempionatı ağır mübarizə ilə keçib.

Sportinfo.az xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionu olan Məhəmməd Muradlı jurnalistlərə açıqlamasında deyib.

O, turnirin maraqlı keçdiyini bildirib:

"Beş görüş keçirdim. Deyə bilərəm ki, ən ağır görüşüm ikinci raundda Rəvan Əliyevə qarşı oldu.

Bütün rəqiblərimə maraqlı oyuna görə təşəkkür edirəm. Final görüşü, təbii ki, çox maraqlı keçdi. Şükürlər olsun ki, turniri qalib kimi başa vura bildim".

Məhəmməd Muradlı Azərbaycan çempionatının finalında Şəhriyar Məmmədyarova qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"