İslamiadada götürülən dopinq-testlərin sayı açıqlandı - Problem var?

27 May 2017 17:48 İslam Oyunları 665
İslamiadada götürülən dopinq-testlərin sayı açıqlandı - Problem var?

IV İslam Həmrəyliyi Oyunlarında 400-dək dopinq-test götürülüb. Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib. Onun sözlərinə görə, prosesi AMADA-nın 21, PWC-nin (Professional Worldwide Controls) isə 11 nəzarətçisi həyata keçirib.

Öz tərəflərindən heç bir problemin olmadığını deyən icraçı direktor dopinq nümunələrinin Almaniyanın Drezden şəhərindəki laboratoriyaya göndərildiyini açıqlayıb. O, nəticələrin müvafiq beynəlxalq federasiyaların saytlarında yerləşdiriləcəyini əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM