Millinin hər üzvünə 5000 manat!

25 May 2017 11:48 İslam Oyunları 854
Millinin hər üzvünə 5000 manat!

Üç gün öncə xəbər verdiyimiz kimi, AFFA IV İslam Həmrəylik Oyunlarından iştirak edən və qızıl medalların sahibi olan 23 yaşadək futbolçulardan ibarət millini mükafatlandırıb. Qurum turnirin iştirakçısı olan hər bir futbolçunun bank kartına 20 min manta köçürüb.

Sözügedən turnirdə komandanın heyətində 23 nəfər yer alıb. Futbolçulara verilən məbləğ ümumilikdə 460 min manat edir. Məşqçilərin də mükafatını nəzərə alsaq, bu məbləğin 500 min manatı keçdiyini söyləyə bilərik.

Sportinfo.az-ın məlumatına görə, Milli Olimpiya Komitəsi (MOK) də artıq yığma üzvlərini sevindirib. MOİK hər futbolçuya 5000 manat verib. Məşqçi korpusunda yer alanlar isə 10000 manat irəli düşüb.

Digər Xəbərlər
Xəbər Lenti