"Özüm istəyirəm “Qəbələ”də qalım, milli üçün yetişməliyəm"

25 May 2017 09:24 İslam Oyunları 802
"Özüm istəyirəm “Qəbələ”də qalım, milli üçün yetişməliyəm"

“Çempionluğumuz sürpriz olmadı. İlk məqsədimiz qrupdan çıxmaq idi. Kamerunla oyundan sonra bizdə özümüzə inam artdı. Qrupdan çox çətinlik çəkmədən çıxdıq. Şükürlər olsun ki, sona kimi yaxşı oynadıq və çempion olduq" - Sportinfo.az xəbər verir ki, bu sözləri İslamiadanın qalibi olan U-23 millimizin yarımmüdafiəçisi Tüllur Mütəllimov deyib.

"Qəbələ"nin yetirməsi bu uğurun təsadüfi olmadığını bildirib: "Rəqiblərin hamısı güclü idi. Amma Kamerunu onların arasında ən güclüsü hesab edirəm. Onlarla oyunda müəyyən çətinlik çəkdik. Oman da zəif rəqib deyildi. Mən bura zədəli gəlmişdim, turnirdə az şans qazandım. Buna baxmayaraq, mənə inandığı üçün Yaşar müəllimə minnətdarlığımı bildirirəm.

Düzdü, “Qəbələ”də son mövsümü yaxşı keçirdim. Gələn mövsümdə əsas heyətdə yerimi bərkitmək üçün gərək çox çalışım, məşq edim. Məqşçi elədi ki, kim özünü yaxşı göstərirsə, onu oynadır. Limit məsələsi də var. Şans qazanmaq çətin olacaq. “Qəbələ” ilə müqaviləm bitib. Yəqin ki, yenilənəcək. Bütün diqqətimizi İslamiadaya yönəltmişdik.

Yaxın günlərdə müzakirə edəcəyik. Başqa yerdən təklif almamışam. Özüm də istəyirəm “Qəbələ”də qalım. Çünki bu klub mənə çox doğmadı. Uşaqlıqdan ordayam. Yavaş-yavaş milli üçün yetişməliyəm. Özünüz də görürsüz ki, baş məşqçi məni artıq çağırır. Pillə-pillə irəliləməliyəm. Çalışacam ki, millidə də mübarizə yolu ilə möhkəmlənim”.

Digər Xəbərlər
Xəbər Lenti