COP29

Cahangir Əsgərov təqdim etdi

17 May 2017 11:12 İslam Oyunları 420
Cahangir Əsgərov təqdim etdi

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxıb Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.

Sportinfo.az xəbər verir ki, çəkisi 94 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar. Nailxan birdən qaldırma hərəkətində 162 kq, təkanla qaldırma hərəkətində 198 kq-ı ram edib. Toplam 360 kq (162+198) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.

Rövşən birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 211 kq-ı ram edib. Toplam 376 kq (165+211) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 3-cü yeri tutub. Fəxri kürsüdə medalı ona Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərov təqdim edib. Bu çəki dərəcəsində qızıl medala toplam 381 kq (169+212) nəticə ilə iranlı atlet Əyyub Musəvi sahib çıxıb. Gümüş medalı isə 380 kq (170+210) nəticə ilə özbəkistanlı Farxodbek Sobirov qazanb

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı