COP29

İslamiadada iştirak edən ən yaraşıqlı 20 idmançımız - FOTOLAR

17 May 2017 09:12 İslam Oyunları 478
İslamiadada iştirak edən ən yaraşıqlı 20 idmançımız - FOTOLAR

Diqqətlərin IV İslam Həmrəyliyi oyunlarında olduğu bir zamanda, biz də qərara gəldik ki, yarışlarda iştirak edən idmançılarımızı bu dəfə sizə performansları ilə deyil, digər yöndən təqdim edək. Hər nə qədər siyahını hazırlayarkən rəsmi idman qurumlarında idmançılarımız haqqında məlumat yoxluğundan, bir çox idmançımızın fotosunun qıtlığından əziyyət çəksək də, sizin yaraşıqlı gənclərə baxmaqdan zövq alacağınıza ümidvarıq.

Özünü yaraşıqlı sayıb, siyahıda özünü görməyən idmançılarımıza isə texnologiyanın üstünlüklərindən istifadə edərək sosial şəbəkələrdə hər kəsə açıq olan səhifələrdən istifadə etməyi tövsiyə edirik. "Baku-2017"də iştirak edən ən yaraşıqlı 20 idmançılarımızı təqdim edirik (qaynarinfo):

1. Xoş siması və gülüşü ilə qəlblərə yol tapan, layihənin başlamasına ilham mənbəyi olan cüdoçumuz Rüstəm Orucov. Uşaqlarla arası yaxşı olan idmançımızın bir qız övladı da var.

2. 3x4-ə şəkil çəkdirib hələ də yaraşıqlı düşməyi bacaran futbolçumuz, “Nefçti”nin təmsilçisi Fərahim Muradbəyli.

3. Futbolçulara başlamışkən həmkarı kimi rəsmi sənəd şəkillərindən üzü ağ çıxan, gülməklə arası olmayan “Səbail”in yaraşıqlı oyunçusu Emil Balayevlə davam edirik.

4. Qıvırcıq saçları, siması ilə yunan tanrılarını xatırladan sevimli cüdoçumuz Hidayət Heydərov.

5. Yəqin ki, qalibiyyət bir boksçuda bu qədər möhtəşəm görünər. Mavi boks geyimlərinin əvəzinə biz qırmızı olanı Teymur Məmmədova daha çox yaraşdırdıq. Teymurun növbəti qələbələrini görmək ümidilə.
6. Yaraşıqlı idmançılarımızın siyahısında Ruslan Abışovun olmaması işin tamamlanmadığının göstəricisi olardı.

7. Xarizması ilə Abışovun xələfi hesab ediləcək gənc futbolçularımızdan Elnur Cəfərov.

8. Xeyr, siyahımızda heç bir səhvlik yoxdur, Ayxan Mamayev model yox, karate yığmamızın üvzüdür. Karateçimizə vurduğu zərbələrin boşa çıxmamasını arzu edirik.

9. Adaşı kimi istedadlı, gənc taekvandoçu Ayxan Tağızadə səmimiyyəti və sevimliliyi ilə rəğbət qazanıb. Ona gələcək kariyerasında uğurlar arzulayırıq.

10. Kamran Şahsuvarlıya gülmək də yaraşır, ciddi olmaq da. Qalibiyyət isə hamısından çox. Hər zaman güclü zərbələr gözləyirik, cənab Şahsuvarlı.

11. Xarizması ilə də gənclər arasında özünə yer ayıra bilən cüdoçumuz Elxan Məmmədovu həmişə gənc görmək istəyirik.

12. Elmar Qasımovu da gördükdən sonra düşünməyə başladım. Görəsən yaraşıqlı olan cüdoçu olur, ya cüdoçular yaraşıqlı olur?

13. Bəli, elə Milad Beigini məhz qara qaşına, qara gözünə bu sıralamaya daxil etmişik. Sakit simalı legioner taekvandoçumuza bayrağımızı daha çox dalğalandırmasını diləyirik.

14. 34 yaşlı basketbolçumuz Zaur Paşayev cəlbedicilikdə gənclərdən geri qalmır.

15. Həndbol komandamızın olduğunu biləndə təəccüblənə bilərsiniz, amma var. Hətta yaraşıqlı oyunçusu da var, İslam Slemanov kimi...

16. Hər qalibiyyətini maraqlı jestlə sonlandırmağına öyrəşdirimiz Yunan-roma güləşçimiz Rəsul Çunayev. İdmançımızdan neçə belə jestləri görmək ümidilə...

17. Qələbələri bir yana, xoş siması ilə sevilən Radik İsayev.

18. Başqa bir yunan-roma güləşçimiz, xoş gülüşlü Orxan Nuriyev.

19. U-23 yığmamızın gənc qapıçısı Tərlan Əhmədli də bu siyahıya layiq olanlardandır.

20. Yaraşıqlı voleybolçumuz Dima Obodnikov bu dəfə uğurlu çıxışına görə yox, cəlbediciliyi ilə yer qazanıb.

Siyahını çox uzatmadan, amma qeyd etmədən sonlandırmaq istəmədiyimiz idmançımız: Rafael Ağayev.

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı