COP29

Azərbaycan yığmasının lideri: "Burnuma toxunan kimi qanayır"

17 May 2017 08:36 İslam Oyunları 379
Azərbaycan yığmasının lideri: "Burnuma toxunan kimi qanayır"

"Əlcəzair yığması ilə çətin oyun keçdi. Amma biz qələbə qazandıq. Bütün cüdosevərləri təbrik edirəm" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdo yığmasının kapitanı Nicat Şixalizadə deyib.

Cüdoçu Rüstəm Orucov isə rəqiblərinin çox güclü olduğunu bildirib: "Ən güclü komandalar bizim rəqibimiz oldu. Buna baxmayaraq biz çempion olduq. Mənim əziklərim var idi. Ona görə uduzdum. Əgər komanda uduzsaydı təqsiri özümdə görəcəkdim".

"Cənab prezident oyunumuzu izləyirdi. Bu böyük məsuliyyət və dəstəkdir", - bunu jurnalistlərə qızıl medal qazanan Azərbaycan cüdo yığmasının digər üzvü Məmmədəli Mehdiyev deyib. M.Mehdiyev rəqibi haqqında da danışıb:

"Ötən gün finalda ona qalib gəlmişdim. Amma bu dəfə onunku gətirdi. Burnumda zədə var. Ona görə də burnuma toxunan kimi qanayır. Həkimlərə iki dəfə yaxınlaşdım. Əgər üçüncü dəfə də yaxınlaşsaydım oyunlardan kənarlaşdırılmalı idim".

Digər Xəbərlər
Xəbər Lenti