"Komandaların hər birinə 100, məşqçiyə 50 min manat veriləcək"

24 May 2017 00:34 İslam Oyunları 1 188
"Komandaların hər birinə 100, məşqçiyə 50 min manat veriləcək"

IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. Sportinfo.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təqribən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

Nazir deyib ki, büdcədə açılış və bağlanışa 20 milyon dollar nəzərdə tutulub: "Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək". O, idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib:

"Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!