"Bu, unudulmazdı! Mən döşəyə çıxanda bütün zal himni oxuyurdu"

23 May 2017 09:24 İslam Oyunları 382
"Bu, unudulmazdı! Mən döşəyə çıxanda bütün zal himni oxuyurdu"

"İslamiadadan parlaq təəssüratlar qaldı. Bütün zal himni oxuyurdu. Bu, unudulmaz andı" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Mariya Stadnik deyib.

48 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı bildirib ki, İslamiadanın təşkilatçılığı Yay Olimpiya Oyunlarından fərqlənmir: “Bunu I Avropa Oyunlarında da görmüşdük. Hər kəs bilir ki, bizdəki yarışlar yüksək səviyyədə keçirilir".

Stadnik olimpiya mükafatçısı, dünya və beşqat Avropa çempionudur. O, “Bakı 2015” I Avropa Oyunlarında da qızıl medal qazanıb. O, qalib gələcəyinə inandığını da bildirib: "Bütün yarışlara qızıl medal qazanmaq üçün qatılıram. İslamiadada isə evdə güləşdiyimiz üçün mütləq uğur əldə etməli idim”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"