Azərbaycan İslamiadada - 75 qızıl, 50 gümüş, 36 bürünc medal

22 May 2017 13:48 İslam Oyunları 378
Azərbaycan İslamiadada - 75 qızıl, 50 gümüş, 36 bürünc medal

Azərbaycanın uşu üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurub. Sportinfo.az xəbər verir ki, bu növ üzrə heç bir idmançı qızıl medal qazana bilməyib. Elçin Eminov (56 kq) finalda iranlı Mahdi Mohammadiyə, Bayram Şəmmədov (65 kq) Farud Zəfəriyə, Vüqar Kərəmov (70 kq) isə Səid Faziliyə uduzub.

Bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) əldə edib.
Bu gün daha bir gümüş medala stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Bu dəfə də qızıl medalı qazanmağa İran mane olub. Beləliklə, Azərbaycan idmançıları İslamiadadakı çıxışlarını 75 qızıl, 50 gümüş və 36 bürünc olmaqla, 161 medalla başa vurublar. Medal əyarında təşkilatçı ölkə birinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"