Azərbaycan millisinin üzvü: "Əlimizdən gələni etdik"

22 May 2017 12:36 İslam Oyunları 371
Azərbaycan millisinin üzvü: "Əlimizdən gələni etdik"

"Finalda məğlub olsaq da, əlimizdən gələni etdik" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında İran millisi ilə final oyununda 0:3 hesabı ilə uduzan kişilərdən ibarət Azərbaycan milli komandasının voleybolçusu Vüqar Bayramov deyib.

O, ikinci yeri tutmalarını yaxşı nəticə hesab etdiyini bildirib: "Çünki 10 komanda arasından bu yerə qədər gəlmək də böyük nəticədi. Oyunlarda əlimizdən gələni etməyə çalışdıq. Ancaq bilirik ki, İran komandası dünyada voleybol oyunu sahəsində tanınır. Bundan sonra məşqlərə davam edəcəyik. Qarşımızda dünya çempionatının seçmə mərhələsi var. Azərbaycanı yenə layiqincə təmsil etməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"